"Qarabağ"ın futbolçusu zədələndi

AÇ-2020-nin seçmə mərhələsində Macarıstanla qarşılaşan Azərbaycan yığması oyun öncəsi itki ilə üzləşib.

Sportline.az xəbər verir ki, millinin heyətində "Qarabağ"ın müdafiəçisi Abbas Hüseynov sıradan çıxıb. 24 yaşlı futbolçu topuq nahiyəsindən zədələnib. Onun adı matçın iştirak ərizəsinə daxil edilməyib.

Qarşılaşmanın ilk hissəsindən sonra Macarıstan millisi 1:0 hesabı ilə qalib gəlir.