"Qarabağ"ın futbolçusu "Zirə"də

"Zirə" klubu heyətini daha bir futbolçu ilə gücləndirib.

Sportline.az klubun rəsmi "Facebook" səhifəsinə istinadən xəbər verir ki, söhbət Nicat Süleymanovdan gedir. 20 yaşlı yarımmüdafiəçi növbəti mövsümün sonuna kimi "Qarabağ"dan icarəyə götürülüb. 

Qeyd edək ki, Süleymanov Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət milli komandasının da üzvüdür.