"Qarabağ"ın futbolçusuna təklif var

"Qarabağ"ın bolqarıstanlı futbolçusu Simeon Slavçev karyerasını vətənində davam etdirə bilər.

Sportline.az xəbər verir ki, bu barədə Bolqarıstan mətbuatında məlumat yayılıb.

Yarımmüdafiəçinin, millinin düşərgəsində olmasından yararlanan "Levski", onunla danışıq aparıb. Sofiya təmsilçisi 26 yaşlı futbolçuya sərfəli təkliflə müraciət edib.

Yeganə problem Slavçevin "Qarabağ"la müqavilə müddətinin 2021-ci ilin yayına qədər olmasıdı. Ancaq Ağdam klubu heyətə düşməkdə çətinlik çəkən oyunçusunun gedişinə qarşı deyil. Təbii ki, "Levski" rəhbərliyi bununla bağlı Azərbaycan təmsilçisinin də razılığını almalı olacaq.

Qeyd edək ki, Simeon Slavçev "Qarabağ"a ötən ilin yayında "Sportinq"dən keçib.