"Qarabağ"ın heyətində ciddi itki
Bu gün Avropa Liqasının pley-off mərhələsində “Şerif”lə qarşılaşacaq “Qarabağ”ın heyətində ciddi itki var.
Sportline.az xəbər verir ki, komandanın əsas qapıçısı Hannes Halldorsson zədələnib. Dünənki məşqdə sol ayaq əzələsindən xəsarət alan islandiyalının bu gün meydana çıxması sual altdındadır.
Qeyd edək ki, “Şerif” – “Qarabağ” matçı Bakı vaxtı ilə 21:00-da start götürəcək.