"Qarabağ"ın II mərhələdəki rəqibi də müəyyənləşdi

Çempionlar Liqasında II təsnifat mərhələsinin püşkü atılıb.

Sportline.az xəbər verir ki, təmsilçimiz "Qarabağ"ın da bu mərhələdə qarşılaşa biləcəyi potensial rəqibi müəyyənləşib.

Ölkə çempionumuz Albaniyanın "Partizani" komandasını keçəcəyi halda, 2-ci mərhələdə “Dundalk” (İrlandiya) – “Riqa” (Latviya) cütünün qalibi ilə qarşılaşacaq.



II təsnifat mərhələsi

Çempionlar yolu


“Dundalk” (İrlandiya) / “Riqa” (Latviya) - "Partizani" (Albaniya) / "Qarabağ" (Azərbaycan)  

Qeyd edək ki, 1-ci təsnifat mərhələsinin ilk oyunları 9-10 iyul, cavab qarşılaşmaları bir həftə sonra keçiriləcək. 2-ci raundun matçları isə 23-24 iyul və 30-31 iyul tarixlərində olacaq.