"Qarabağ"ın II təsnifat mərhələsindəki rəqibi müəyyənləşir

Bu gün UEFA Çempionlar Liqasında 2-ci təsnifat mərhələsinin püşkü atılacaq.

Sportline.az xəbər verir ki, ölkə çempionu "Qarabağ" da bu mərhələdə qarşılaşa biləcəyi potensial rəqibini tanıyacaq. İsveçrənin Nyon şəhərində keçiriləcək püşkatma mərasimi Bakı vaxtı ilə saat 14:00-da başlanacaq.

1-ci təsnifat mərhələsindən gələcək 16 komandaya 2-ci raundda "Kopenhagen" (Danimarka), "Dinamo" (Xorvatiya), APOEL (Kipr) və "Makkabi" (Təl-Əviv, İsrail) qoşulacaq. 20 komanda hərəsində 10 olmaqla 2 səbətə - səpələnmişlər və səpələnməmişlərə bölünəcək.

Qeyri çempionlar – “Bazel” (İsveçrə), “Olimpiakos” (Yunanıstan), PSV (Hollandiya) və “Viktoriya” (Çexiya) isə bir-biriləri ilə rəqib olacaqlar.

1-ci təsnifat mərhələsində Albaniyanın "Partizani" klubu ilə üz-üzə gələcək Ağdam təmsilçisi bu püşkatmada da səpələnmişlər səbətində yer alacaq.


1-ci təsnifat mərhələsi

Çempionlar yolu

Səpələnmişlər

“Kopenhagen” (Danimarka)

“Dinamo” (Xorvatiya)

APOEL (Kipr)

BATE (Belarus) – “Pyast” (Polşa)

“Astana” (Qazaxıstan) – “ÇFR Kluj” (Rumıniya)

“Seltik” (Şotlandiya) – “Sarayevo” (Bosniya və Herseqovina)

“Lüdoqorets” (Bolqarıstan) – “Ferensvaroş” (Macarstan)

“Partizani” (Albaniya) – “Qarabağ” (Azərbaycan)

“Valyur” (İslandiya) – “Maribor” (Sloveniya)

“Suduva” (Litva) – “Srvena Zvezda” (Serbiya)


Səpələnməmişlər

“Makkabi” (Təl-Əviv, İsrail)

“Şerif” (Moldova) – “Saburtalo” (Gürcüstan)

“Linfild” (Şimali İrlandiya) – “Rusenborq” (Norveç)

HİK (Finlandiya) – “HB Torshavn” (Farer adaları)

“Dundalk” (İrlandiya) – “Riqa” (Latviya)

“Düdelanj” (Lüksemburq) – “Valetta” (Malta)

“Nomme Kalyu” (Estoniya) – “Şkendiya” (Makedoniya)

TNS (Uels) - ilkin mərhələnin qalibi

“Slovan” (Slovakiya) – “Sutyeska” (Monteneqro)

“Ararat” (Ermənistan) – AIK (İsveç)

 

Qeyri-çempionlar

Səpələnmişlər

“Bazel” (İsveçrə)

“Olimpiakos” (Yunanıstan)


Səpələnməmişlər

PSV (Hollandiya)

“Viktoriya” (Çexiya)

Qeyd edək ki, 1-ci təsnifat mərhələsinin ilk oyunları 9-10 iyul, cavab qarşılaşmaları bir həftə sonra keçiriləcək. 2-ci raundun matçları isə 23-24 iyul və 30-31 iyul tarixlərində olacaq.