"Qarabağ"ın ilk Avokubok matçının vaxtı açıqlandı

Avrokubokların 2019/2020 mövsümünün təqvimi müəyyənləşib.

Sportline.az UEFA-nın saytına istinadən xəbər verir ki, Çempionlar Liqası və Avropa Liqasının 1-2-ci təsnifat mərhələsinin püşkü iyunun 18-də atılacaq. 

Çempionlar Liqasındakı təmsilçimiz "Qarabağ" mübarizəyə 1-ci təsnifat mərhələsindən qoşulacaq. Bu mərhələnin ilk oyunları iyulun 9-10-u, cavab matçları 16-17-də keçiriləcək.

Avropa Liqasında iştirak edəcək "Neftçi" və "Səbail" də yarışa ilk təsnifat mərhələsindən start verəcək. Bu mərhələnin oyunları isə iyulun 11-18-də keçiriləcək.

Azərbaycan kubokunun qalibi ("Qəbələ" və ya "Sumqayıt") mübarizəyə 2-ci təsnifat mərhələsindən qoşulacaq. Bu mərhələnin matçları iyulun 25-də və avqustun 1-də keçiriləcək.