"Qarabağ"ın ilk oyununun vaxtı bilindi

Çempionlar Liqasına hazırlığı Avstriyada davam etdirən "Qarabağ" sabah ilk yoxlama matçına çıxacaq.

Sportline.az xəbər verir ki, Ağdam təmsilçisinin oyununun başlama saatı müəyyənləşib.

Qurban Qurbanov ilk olaraq "Ludoqorets"lə qarşılaşmada yetirmələrini sınayacaq ki, görüş Bakı vaxtı il 20:00-da stat götürəcək.

Qeyd edək ki, "Qarabağ" həmçinin iyunun 25-də “Krayova” (Rumıniya), 28-də “Ufa” (Rusiya), iyulun 2-də isə “Viktoriya” (Çexiya) ilə qarşılaşacaq.