"Qarabağ" Kiyev "Dinamo"suna uduzdu

Avstriyada təlim-məşq toplanışında olan "Qarabağ" bu gün sonuncu yoxlama oyununa çıxıb.

SportLine.az xəbər verir ki, Kiyev "Dinamo"suna qarşı keçirilən oyun rəqibin qələbəsi ilə yekunlaşıb - 1:0.

Qeyd edək ki, "Qarabağ" bundan əvvəl Suriya millisinə uduzub (0:1), Bolqarıstan "Ludoqorets"i (1:1) və  Avstriya "Vakker İnsbruk"u (0:0) ilə heç-heçə edib.