"Qarabağ"ın legioneri gedir

“Qarabağ”ın qapıçısı Asmir Beqoviç qış fasiləsində komandadan ayrılacaq.

Sportline.az xəbər verir ki, 32 yaşlı qolkiper müqavilə ilə məxsus olduğu İngiltərə Premyer Liqa təmsilçisi “Bornmut”a qayıdacaq.

“Qarabağ” bosniyalı qapıçını yayda "gilaslar"dan 6 aylıq icarəyə götürmüşdü. Onun müqaviləsi dekabrın sonu başa çatacaq.

“Qarabağ” Avropa Liqasının qrupunda qaldığı üçün Beqoviçlə müqaviləni uzatmamaq qərarına gəlib.