"Qarabağ"ın legioneri "Neftçi"yə qarşı oynamayacaq
"Qarabağ” komandası Topaz Premyer Liqasının 20-ci turunun "Neftçi” ilə görüşünə ciddi itki ilə çıxacaq.
Sportline.az xəbər verir ki, ötən tur "Zirə” ilə oyuna (2:0) əlavə olunmuş 3-cü dəqiqədə sarı vərəqə alan Miçel Madera cəzalı vəziyyətə düşüb.
Bu ispaniyalı yarımmüdafiəçinin cari mövsümdə 4-cü sarı vərəqəsi olub.
Qeyd edək ki, "Neftçi” - "Qarabağ” oyunu martın 14-də keçiriləcək.