"Qarabağ"ın legionerləri komandaya qoşuldular
Topaz Premyer Liqanın 8-ci turunda "Səbail"lə qarşılaşacaq "Qarabağ" oyunun hazırlıqlarını davam etdirir.
SportLine.az-ın klubun rəsmi Feysbuk səhifəsinə istinadən yaydığı xəbərə görə, komanda ötən gün növbəti məşqinə çıxıb.
Hazırlıqda İslandiya millisinə dəvət alan qapıçısı Hannes Halldorsson, Bolqarıstan və Konqo yığmalarında yer alan futbolçular - Simeon Slavçev və Con Delarj da iştirak edib
Qeyd edək ki, sabah keçiriləcək "Qarabağ" - "Səbail" oyunu saat 19:00-da başlayacaq.