"Qarabağ"ın Lüksemburqda son məşqi

Avropa Liqasının qrup mərhələsinin II turunda "Düdelanj"ın qonağı olacaq "Qarabağ", oyuna hazırlığı tamamlayıb.

Sportline.az xəbər verir ki, komandamız, oyunun keçiriləcəyi "Jozi Bartel" stadionunda son məşqinə çıxıb.

Qeyd edək ki, "Düdelanj" - "Qarabağ" görüşü Bakı vaxtı ilə 23:00-da başlanacaq.