"Qarabağ"ın məşqçiləri APOEL-in oyununda

“Qarabağ”ın məşqçiləri Elçin Rəhmanov və Borçe Xristov Kiprdə olublar.

Sportline.az xəbər verir ki, onlar APOEL-in Kipr çempionatında “Doha Katakokia”ya qarşı oyununu canlı izləyiblər.

APOEL dünənki görüşü qələbə ilə başa vurub - 2:0.

Qeyd edək ki, oktyabrın 24-də APOEL-lə “Qarabağ” Avroliqanın qrup mərhələsinin 3-cü turunda Bakıda qarşılaşacaq.