"Qarabağ"ın növbəti transfer hədəfi

Ölkə çempionu "Qarabağ" Şotlandiyanın "Sent-Mirren” klubunun çexiyalı qapıçısı Vatslav Qladkinin xidmətində maraqlıdır.

Sportline.az "The Scottish Sun”a istinadən xəbər verir ki, Ağdam təmsilçisi, 28 yaşlı qolkiper üçün 200 min funt-sterlinq (426 min manat) təklifi edib. Amma şotlandlar təklifi qəbul etməyib. "Sent-Mirren”  qapıçını daha böyük məbləğə satmaq istəyir. 

Məlumata görə, "Qarabağ" futbolçuya hazırkı əmək haqqının 6 qatını verməyə hazırdır. Ona görə də Azərbaycan çempionunun Qladkinin transferi üçün "Sent-Mirren”ə daha yaxşı təklif irəli sürəcəyi gözlənilir.

Qeyd edək ki, Vatslav Qladki 2016/17 mövsümündə Avropa Liqasının qrup mərhələsində Çexiyanın "Slovan” klubunun heyətində yer alsa da, "Qarabağ”la hər iki matçda ehtiyatda qalıb. Bu ilin yanvarında "Slovan"dan "Sent-Mirren”ə transfer olunan futbolçu, Şotlandiya klubunun heyətində 21 oyun keçirib.