"Qarabağ"ın oyunçusu növbəti görüşü də buraxa bilər

“Qarabağ"ın yarımmüdafiəçisi Simeon Slavçeviç bu gün Bolqarıstan millisinin heyətində “Avro-2020”nin seçmə mərhələsinin ev oyununu buraxa bilər.

Sportline.az Bolqarısyana mətbuatına istinadən xəbər verir ki, Monteneqro ilə görüş öncəsi xəsətələndiyi üçün Podqoritsaya aparılmayan Slavçevin ingilislərə qarşı da oynamayacağı böyük ölçüdə dəqiqləşib.

Qeyd edək ki, görüş Bakı vaxtı ilə saat 22:45-də başlanacaq. Bolqarıstan 6 oyundan sonra 3 xalla sonuncu pillədədir.