"Qarabağ-2"nin oyunu təxirə salındı

Azərbaycan I Divizionda XV turun oyun cədvəli açıqlanıb.

Sportline.az Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytına istinadən xəbər verir ki, turun 7 görüşündən 6-sı baş tutacaq. “Qarabağ-2”nin "Zirə-2" ilə görüşü isə fevralın 14-dən ehtiyat gün olan martın 4-nə keçirilib. Ağdam klubu PFL-ə müraciət edərək, əsas heyətin 6 üzvünün 19 yaşadək millinin heyətdə təlim-məşq toplanışında olduğunu əsas gətirib. “Zirə” klubunun razılıq və AFFA-dan daxil olan təsdiq məktubunu nəzərə alan PFL müvafiq qərarı qəbul edib.

Qalan oyunların proqramı:

14 fevral (cümə axşamı)

“Zaqatala” – “Sabah-2”
Zaqatala şəhər stadionu

“Neftçi-2” – “Kəpəz”
“ASK Arena”

15 fevral (cümə)

“Keşlə-2” – “Qaradağ Lökbatan”
“ASK Arena”

MOİK – “Turan Tovuz”
Lökbatan Olimpiya İdman Kompleksinin stadionu

“Ağsu” – “Şüvəlan”
Ağsu şəhər stadionu

“Səbail-2” – “Sumqayıt-2”
“Bayıl Arena”

Qeyd edək ki, bütün görüşlər saat 15:00-da başlanacaq.