"Qarabağ"ın oyunu təxirə salındı

Topaz Premyer Liqasının 7-ci turu çərçivəsində keçirilməsi planlaşdırılan "Keşlə" - "Qarabağ" oyunu təxirə salınıb. 

SportLine.az xəbər verir ki, oktyabrın 6-a nəzərdə tutulan görüş "Qarabağ"ın xahişi ilə başqa vaxta keçirilib. 

Oktyabrın 4-də UEFA Avropa Liqasının 2-ci turu çərçivəsində "Arsenal"l qəbul edəcək Ağdam təmsilçisi sıx qrafik səbəbilə Peşəkar Futbol Liqasından matçın təxirə salınmasını istəyib. "Keşlə" klubu bunu etirazla qarşılamayıb.

Qəbul olunan qərara əsasən, "Keşlə" - "Qarabağ" matçı oktyabrın 31-də keçiriləcək.