"Qarabağ"ın oyunu üçün bayraqlar tribunalara düzüldü

Bu gün diqqətlər Avropa Liqasının qrup mərhələsinin“Qarabağ”  - APOEL görüşündədir.

Sportline.az xəbər verir ki, oyunun keçiriləcəyi Tofiq Bəhramov adına Respublika Stadionunun tribunalarına 30 min Azərbaycan bayrağı düzülüb. Bayraqlar 60x40 ölçüsündədir.

Qarşılaşma saat 20:55-də başlanacaq.