"Qarabağ"ın oyununa 14 min bilet satılıb

"Qarabağ" Avropa Liqasının pley-off mərhələsinin cavab matçında Şimali İrlandiyanın "Linfild" komandasını qəbul edəcək.

Sportline.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qaşılaşma üçün bu saata 14 min bilet satılıb. Oyunun startına qədər bu rəqəmin təxminən 17-18 min olacağı ehtimal edilir.

"Qarabağ" - "Linfild" görüşü 20:00-da başlanacaq.