"Qarabağ"ın oyununa 2 min bilet satılıb

"Qarabağ" Çempionlar Liqasının I təsnifat mərhələsində Albaniyanın "Partizani" klubuna qarşı cavab matçında böyük azarkeş dəstəyinə malik olacaq. Görüşün uzaq "Dalğa Arena"da keçirilməsi də buna mane olmayıb.

Sportline.az xəbər verir ki, matç üçün satışa çıxarılan 5000 biletin 2000-i artıq sahibini tapıb. Oyuna qədər hələ 2 gündən artıq vaxtın qaldığını nəzərə aldıqda, bütün biletlərin satılacağı gözlənilir.

İyulun 17-də keçiriləcək qarşılaşma saat 21:00-da start götürəcək. Komandalar arasında ilk matçda qolsuz heç-heçə qeydə alınıb.