"Qarabağ"ın oyununa 8 min bilet satılıb

Avropa Liqasının pley-off mərhələsində keçiriləcək "Qarabağ" - "Linfild" cavab oyununa bilet satışı davam edir.

Sportline.az xəbər verir ki, artıq 8 min bilet alınıb.  Biletlərin qiymətləri sektorlar üzrə 2, 5, 10 və 50 AZN-dir.

Biletlərin satış məntəqələri:

Tofiq Bəhramov adına Respublika stadionunun kassaları

Gənclik və 28 Mall (iticket satış məntəqəsi)

Park Bulvar AVM (iticket satış məntəqəsi)

ASAN 2, 3 (Yasamal, Amay t/m)

İticket.az (onlayn)

Xatırladaq ki, Bakıda olacaq "Qarabağ" - "Linfild" cavab matçı avqustun 29-u 20:00-da başlayacaq. Bu komandalar arasında ilk oyunda Ağdam klubu 2:3 hesabı ilə uduzub.