"Qarabağ"ın oyununa biletlər: 30 avro

"Qarabağ" Avropa Liqasının qrup mərhələsinin II turunda oktyabrın 3-də səfərdə Lüksemburqun "F91 Düdelanj" klubunun qonağı olacaq.

Sportline.az klubun "Facebook" səhifəsinə istinadən xəbər verir ki, "Qarabağ"ı səfərdə dəstəkləyəcək azarkeşlər biletləri oyun günü qonaq sektoru (xəritədə oxla göstərilən) önündə satış məntəqəsindən əldə edə bilərlər.

Qeyd edək ki, biletlərin qiyməti 30 avro dəyərindədir.