"Qarabağ"ın oyununa nə qədər bilet satılıb?

Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin “Qarabağ” – “Kukesi” oyununa bilet satışı davam edir.

SportLine.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, artıq 10 min bilet sahibini tapıb.

Qeyd edək ki, bu komandaların cavab qarşılaşması avqustun 1-i Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Oyun saat 21.00-da başlanacaq. Komandaların Albaniyadakı ilk matçı 0:0 hesabı ilə yekunlaşıb.

Klubun rəsmi saytı yazır ki, “Qarabağ” – “Kukesi” oyununa biletləri aşağıdakı ünvanlardan ala bilərsiniz:

T. Bəhramov adına Respublika stadionunun kassaları
Asan Xidmət Mərkəzləri (ASAN 1, ASAN 2, ASAN 3, ASAN 4, ASAN Sumqayıt)
Heydər Əliyev Sarayının kassası 28 Mall 
Gənclik Mall

Park Bulvar (Qarabağ FK Fanshop) 
M.Rəsulzadə 3 (Azərb. k/t yaxınlığı) 
Bül-bül prospekti, Nizami küç. (Nizami k/t yaxınlığı) 
Üzeyir Hacıbəyov küç.69x (Hökümət evinin arxası)

Biletlərin qiymətləri sektorlara uyğun olaraq 1,2,3,5 və 10 manat arasında dəyişir. VİP biletlər isə 50 manatdır.