"Qarabağ"ın oyununa nə qədər bilet satılıb?

UEFA Çempionlar Liqasının III təsnifat mərhələsi çərçivəsində keçiriləcək "Qarabağ" - BATE oyununda anşlaq gözlənilir. SportLine.az xəbər verir ki, artıq oyuna 23 min bilet satılıb. 

Qalan biletlərin matç saatına qədər satılacağı gözlənilir.

Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək görüşün start fiti saat 21:00-da səslənəcək.