"Qarabağ"ın oyununda APOEL azarkeşləri də olacaq

Avropa Liqasının qrup mərhələsinin III turunda "Qarabağ" Kiprin APOEL klubunu qəbul edəcək.

Sportline.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək görüşdə Kipr klubunun 70-80 nəfər azarkeşi tribunada olacaq.

“Qarabağ” - APOEL oyunu oktyabrın 24-də baş tutacaq.