"Qarabağ"ın oyununda daha bir aksiya

“Qarabağ” klubu Avropa Liqasının qrup mərhələsinin 3-cü turunda, APOEL-lə oyunda bayraq aksiyası təşkil edəcək.

Sportline.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək görüş üçün 30 min Azərbaycan bayrağı sifariş verilib.

Bayraqlar, oyun günü, tribunalardakı oturacaqlara düzüləcək.

Qeyd edək ki, "Qarabağ” - APOEL görüşü, oktyabrın 24-də, saat 20:55-də başlanacaq.