"Qarabağ"ın oyununda erməni təxribatı

"Qarabağ" Avropa Liqasının qrup mərhələsinin ikinci turunda Lüksemburqda "Düdelanj"la qarşılaşır.

Sportline.az xəbər verir ki, matçın 30-cu dəqiqəsində "Qarabağ"ın vurduğu qoldan sonra xoşagəlməz hadisə baş verib. Seperatçı "Dağlıq Qarabağ" rejiminin bayrağı meydanın üzərində dalalandığı üçün gərginlik yaranıb.

Hakim oyunu bu səbəbdən yarımçıq dayandırıb. Futbolçular meydanı tərk ediblər. Baş verən hadisədən sonra Lüksemburqun idman naziri "Qarabağ"dan üzr istəyib. Yarım saatlıq fasilədən sonra görüş davam etdirilib.