Qarabağın oyununda təxribat törədənlər müəyyənləşib

UEFA Avropa Liqasının 2-ci turu çərçivəsində keçirilən "Düdelanj" - "Qarabağ" oyununda təxribat törədən şəxslər müəyyənləşib. SportLine.az erməni mətbuatına istinadən xəbər verir ki, bunlar "First Armenian Front" azarkeş qrupunun üzvləridirlər. Onlar Belçikadan Lüksemburqa gəliblər. Məqsədləri də oyunda təxribat törətmək və matçın yarımçıq dayandırılmasına nail olmaq imiş.

Xatırladaq ki, "Düdelanj" - "Qarabağ" matçının 31-ci dəqiqəsində Aüdam təmsilçisi 2:0 öndə olarkən stadionun üzərində dronla Azərbaycanın işğal altında olan ərazilərində qurulan separatçı rejimin "bayrağ"ı uçurulub. Buna görə, görüşdə fasilə yaranıb. Bərpa olunan matç isə "Qarabağ"ın 4:1 hesablı qələbəsi ilə yekunlaşıb.