"Qarabağ"ın oyununun vaxtı dəyişdirildi

Topaz Premyer Liqasının 21-ci turunda keçiriləcək iki oyunun vaxtı dəyişdirilib.

Sportline.az PFL-in saytına istinadən xəbər verir ki, millimizin Avropa çempionatının seçmə mərhələsində Xorvatiya ilə oyunu və Litva ilə yoldaşlıq matçı təqvimin dəyişdirilməsinə səbəb olub.

Bu vacib oyunlara daha səmərəli hazırlaşmaq məqsədi ilə AFFA-dan PFL-ə daxil olan rəsmi müraciətdə millimizin martın 16-da təlim-məşq toplanışına başlamaq istəyi öz əksini tapıb. Qeyd olunan tarixdə təqvim üzrə Premyer Liqanın 21-ci turu çərçivəsində “Səbail” - “Qarabağ” və “Zirə” - “Keşlə” matçları keçirilməsi nəzərdə tutulmuşdu. Milli komandamızın qarşıdakı oyunlara daha səmərəli hazırlaşması üçün “Səbail” - “Qarabağ” və “Zirə” - “Keşlə” matçları 15 mart tarixinə keçirilib.