"Qarabağ"ın potensial rəqibi APOEL oldu
Bu gün Çempionlar Liqasında 2-ci təsnifat mərhələsinin cavab oyunlarına start verilib.
Sportline.az xəbər verir ki, "Qarabağ" İrlandiyanın “Dandolk” klubunu mübarizədən kənarlaşdıracağı təqdirdə APOEL (Kipr) – “Sutyeska” (Monteneqro) cütünün qalibi ilə qarşılaşacaqdı. İlk oyunda 1:0 qalib gələn kiprlilər ev matçında da 3:0 hesabı ilə rəqibini məğlub edib.
Beləliklə, APOEL ÇL-in üçüncü təsnifat mərhələsində "Qarabağ" - "Dandolk" cütünün qalibi ilə üz-üzə gələcək.
Qeyd edək ki, “Qarabağ” və “Dandolk” arasında cavab görüşü sabah “Dalğa Arena”da keçiriləcək. İrlandiyadakı oyunda 1:1 hesablı heç-heçə qeydə alınıb.
Xatırladaq ki, bu cütünün məğlubu Avroliqanın üçüncü təsnifat mərhələsində "Slovan"la (Slovakiya) qarşılaşacaq.
Çempionlar Liqası
30 iyul
21:00. APOEL (Kipr) – “Sutyeska” (Monteneqro) - 3:0
Qollar: Pavloviç, 12, 25, 66
İlk oyun - 1:0