"Qarabağ"ın potensial rəqibləri müəyyənləşdi

Bu gün UEFA Çempionlar Liqasında III təsnifat mərhələsinin püşkü atılıb.

Sportline.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində keçirilən püşkatmada “Qarabağ”ın da potensial rəqibləri məlum olub.

2-ci təsnifat mərhələsində İrlandiya “Dundalk”ı ilə qarşılaşacaq Ağdam təmsilçisi hazırkı rəqibini keçərsə, 3-cü raundda APOEL (Nikosiya, Kipr) - “Sutyeska” (Monteneqro) cütünün qalibi ilə oynayacaq. Qurban Qurbanovun komandası 2-ci mərhələni adlasa, 3-cü raundakı ilk oyununu səfərdə keçirəcək.


Qeyd edək ki, 3-cü təsnifat mərhələsində ilk oyunlar avqustun 6-7-də, cavab matçları isə 13-də olacaq.


Çempionlar Liqası, III təsnifat mərhələsi

APOEL (Nikosiya, Kipr) - “Sutyeska” (Monteneqro) / “Dandolk” (İrlandiya) – “Qarabağ” (Azərbaycan)