"Qarabağ"ın potensial rəqibində yeni müqavilə

"Qarabağ"ın Çempionlar Liqasının pley-off mərhələsindəki potensial rəqibi “Ayaks”, Hakim Ziyeşlə müqavilənin müddətini artırıb. 

Sportline.az xəbər verir ki, bu barədə Hollandiya çempionunun rəsmi saytı məlumat yayıb.
 
Mərakeşli hücumameylli yarımmüdafiəçi ilə müqavilənin müddəti 2021-ci ildə başa çatacaq müqavilə 2022-ci ilin iyununa kimi uzadılıb. 

Xatırladaq ki, "Qarabağ" Çempionlar Liqasının III təsnifat mərhələsində APOEL-i mübarizədən kənarlaşdırsa, pley-off-da PAOK - "Ayaks" cütünün qalibi ilə görüşəcək.