"Qarabağ"ın potensial rəqibləri məlum olacaq

Bu gün Çempionlar Liqasının pley-off mərhələsinin püşkü atılacaq.

Sportline.az xəbər verir ki, tədbir UEFA-nın Nyon şəhərində, Bakı vaxtı ilə 14:00-da baş tutacaq.

Püşkatmada III təsnifat mərhələsində üz-üzə gələcək APOEL - “Qarabağ” cütünün qalibinin rəqibi müəyyənləşəcək. 

Səpələnməmişlər səbətində yer alacaq cütlüyün rəqibi səpələnmişlər səbətində qərarlaşmış komandaya rəqib olacaq.

Səpələnməmişlər

“Slaviya” (Çexiya)
“Yanq Boyz” (İsveçrə)
“Maribor” (Sloveniya) – “Rusenborq” (Norveç)  cütünün qalibi

APOEL (Kipr) - "Qarabağ" cütünün qalibi

 

Səpələnmişlər

ÇFR Kluj (Rumıniya) – “Seltik” (Şotlandiya) cütünün qalibi
PAOK (Yunanıstan) - “Ayaks” (Hollandiya) cütünün qalibi
"Dinamo" (Zaqreb, Xorvatiya) - “Ferensvaroş” (Macarıstan) cütünün qalibi
"Srvena Zvezda” (Serbiya) – “Kopenhagen” (Danimarka) cütünün qalibi.

 

Cütün məğlubu mübarizəni Avropa Liqasının pley-off mərhələsində davam etdirəcək. Səpələnmişlər səbətində yer alacaq cütlüyün rəqibi səpələnməmişlər səbətində qərarlaşmış komandaya rəqib olacaq.

 

Səpələnməmişlər

"Sutyeska" (Monteneqro) - "Linfild" (Şimali İrlandiya) cütünün qalibi

"Ludoqorets" (Bolqarıstan) - TNS (Uels) cütünün qalibi

"Sarayevo" (Bosniya və Herseqovina) - BATE (Belarus) cütünün qalibi

"Astana" (Qazaxıstan) - "Valetta" (Malta) cütünün qalibi

"Slovan" (Slovakiya) - "Dandolk" (İrlandiya) cütünün qalibi