"Qarabağ"ın qapıçısı Fransaya yollanacaq

"Qarabağ"ın qolkiperi Hannes Halldorsson yenidən İslandiya millisinə dəvət alıb.

Sportline.az xəbər verir ki, komandanın baş məşqçisi Erik Hamren AÇ-2020-nin seçmə mərhələ oyunları üçün heyətə onun da adını əlavə edib. 

Qeyd edək ki, İslandiya seçməsi, martın 22-də səfərdə Andorra, 25-də isə səfərdə Fransa ilə üz-üzə gələcək.