"Qarabağ"ın futbolçusu "Sumqayıt"da

"Sumqayıt" klubu daha bir futbolçunu heyətə qatıb.

Sportline.az klubun saytına istinadən xəbər verir ki, Sumqayıt təmsilçisi "Qarabağ"ın qapıçısı Nicat Mehbalıyevi icarəyə götürüb. Bu mövsümün sonuna qədər komandanın uğurları üçün çalışacaq gənc futbolçu "12" nömrəli formada çıxış edəcək.

Qeyd edək ki, peşəkar karyerası ərzində təkcə "Qarabağ"da oynayan Nicat Mehbalıyev Azərbaycanın U-17, U-19 (6 oyun) və U-21 millilərinə də çağırılıb.