"Qarabağ"ın qələbəsi reytinq xalımızı artırdı

Çempionlar Liqasının 5, Avroliqanın 3 görüşündən sonra UEFA-nın yeni reytinq cədvəli açıqlanıb.

Sportline.az xəbər verir ki, “Qarabağ”ın 3-cü təsnifat mərhələsinin ilk oyunu çərçivəsində Kiprdə APOEL üzərində 2:1 hesablı qələbəsi ölkəmizə 0,250 xal qazandırıb. 

Bununla da  Azərbaycan son 5 mövsümdəki xallarını 17,325-ə çatdırıb. Ancaq ölkəmizin mövqeyi dəyişməyib, əvvəlki kimi 26-cı pillədə qalıb. Azərbaycandan 1 pillə irəlidə olan Qazaxıstanla fərq 0,625 xala enib. Qazaxların 18.000 xalı var.