"Qarabağ"ın rəqibi hücumçusu ilə ayrıldı

"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan APOEL bir futbolçusu ilə yollarını ayırıb.

Spoetline.az xəbər verir ki, Minas Antoniu Nikosiya təmsilçisi ilə vidalaşıb. Hücumçu ilin ilk 6 ayını icarə əsasında "Paralimniu"da keçirib. Yeni baş məşqçi Tomas Doll 25 yaşlı futbolçunun xidmətinə ehtiyac duymayıb. Onun müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verilib. 

Qeyd edək ki, Minas Antoniu APOEL-ə 2017-ci ilin yayında "Aris"dən keçmişdi.