"Qarabağ"ın rəqibi Bakıda

Kiprin APOEL klubu UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin “Qarabağ”a qarşı oyunu üçün Bakıya gəlib.

Sportline.az xəbər verir ki, nikosiyalıların yeni baş məşqçisi Tomas Doll cavab matçına 26 futbolçu gətirib:

Qapıçılar: 12. Dimitris Priniotakis, 27. Vid Belets, 99. Boy Vaterman;

Müdafiəçilər: 13. Kevin Lafrans, 23. Joaozinyo, 29. Praksitelis Vuros, 30. Georgos Merkis, 34. Lukas Kaloqiru, 44. Nkolas Yannu, 91. Draqan Mihayloviç, 55. Xristos Şelis;

Yarımmüdafiəçilər: 6. Savvas Gentsoğlu, 7. Georgos Efrem, 8. Lukas Souza, 10. Tomas De Vinsenti, 14. Uroş Matiç, 19. Omar Hani, 22. Minas Antoniu, 33. Antreas Makris, 46. Statis Aloneftis, 70. Antonio Yakoliş, 71. Andre Vidiqal;

Hücumçular: 9. Linus Hallenius, 11. Musa Tamari, 20. Andriya Pavloviç, 89. Roman Bezyak.

“Qarabağ” səfərdə baş tutan ilk oyunda APOEL-i 2:1 hesabıyla məğlub edib. Komandalar arasındakı cavab oyunu avqustun 13-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.