"Qarabağ"ın rəqibi baş məşqçi ilə vidalaşdı

 "Qarabağ"ın Avroliqadakı rəqiblərindən olan APOEL, baş məşqçi Tomas Dollu yolları ayırıb.

Sportline.az xəbər verir ki, tərəflər arasında müqavilə qarşılıqlı razılaşma əsasında ləğv edilib.

Baş məşqçi səlahiyyətləri müvəqqəti olaraq Lukas Hatziloukasaya həvalə olunub.

Kipr mətbuatı komandanın ölkə çempionatının sonuncu turunda "Olimpiakos"a 0:2 hesablı uduzmasından sonra bu qərarın verildiyini yazıb.

Qeyd edək ki, APOEL Tomas Dollun rəhbərliyi altında Avropa Liqasında sona bir tur qalmış 1/16 final mərhələsinə vəsiqəni rəsmiləşdirib. Komanda Avroliqada "Qarabağ"la Bakıdakı oyunda heç-heçə (2:2) edib, evdə qalib (2:1) gəlib.

APOEL Kipr çempionatında 18 xalla 4-cü pillədə qərarlaşıb.