"Qarabağ"ın rəqibi bəlli oldu
Antalyada təlim-məşq toplanışında olacaq “Qarabağ”ın rəqiblərindən biri müəyyənləşib.
Sportline.az xəbər verir ki, Ağdam təmsilçisi yanvarın 25-də Çexiyanın yüksək liqasında çıxış edən “Siqma” ilə qarşılaşacaq. Çex klubunun rəsmi saytında komandanın yoxlama oyunundakı rəqibləri sırasında “Qarabağ” da göstərilib.
Oyun Bakı vaxtı ilə saat 14.30-da başlanacaq.
Qeyd edək ki, hazırlıq prosesi zamanı “Qarabağ” ümumən 4 yoxlama görüşü keçirəcək.