"Qarabağ"ın rəqibi ciddi itki ilə üzləşib

“Qarabağ”ın Çempionlar Liqasının üçüncü təsnifat mərhələsindəki rəqibi  - APOEL ciddi itki ilə üzləşib.

Sportline.az Kipr mətbuatına istinadən xəbər verir ki, komandanın yarımmüdafiəçisi Musa Əl-Tamari sıradan çıxıb.

İordaniyalı hücumameylli yarımmüdafiəçi ÇL-in ikinci mərhələsinin “Sutyeska” (Monteneqro) ilə cavab matçında (3:0) zədə alıb. Zədə çox ciddi olmasa da, Əl-Tamarinin bir həftə oynaya bilməyəcəyi bildirilib. Bu səbəbdən onun “Qarabağ”la ilk oyunu buraxa biləcəyi qeyd olunub. 

APOEL-in digər zədələnmiş futbolçusu - müdafiəçi Vuyadin Saviçin isə matça hazır olacağı yazılıb.

Xatıladaq ki, APOEL-la “Qarabağ” arasında ilk oyun avqustun 6-da Nikosiyada keçiriləcək.