"Qarabağ"ın rəqibi futbolçusu ilə vidalaşdı

"Qarabağ"ın Çempionlar Liqasının 1-ci təsnifat mərhələsindəki rəqibi "Partizani" müdafiəçisi Sodiq Atanda ilə yollarını ayırıb.

Sportline.az Albaniya mətbuatına istinadən xəbər verir ki, nigeriyalı futbolçu karyerasını İsraildə davam etdirəcək. 25 yaşlı oyunçu "Hapoel Kfar Saba" klubu ilə müqavilə bağlayıb.

Atanda 2015-ci ilin yayından "Partizani"də çıxış edirdi.

Qeyd edək ki, "Qarabağ"la "Partizani" arasında ilk oyun iyulun 10-da Albaniyada olacaq və Bakı vaxtı ilə saat 19:30-da başlayacaq. Cavab matçı isə 1 həftə sonra paytaxtımızda keçiriləcək.