"Qarabağ"ın rəqibi gəlir

UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində “Qarabağ”ın rəqibi olan Kipr APOEL-i bu gecə Bakıya gəlir.

Sportline.az xəbər verir ki, Nikosiya klubu çarter reysi ilə yola düşəcək.

APOEL-in gecə saat 2-də Bakıda olacağı bildirilir. 

Sabah saat 19.00-da isə APOEL-in matçın keçiriləcəyi Tofiq Bəhramov adına Respublika stadionunda məşqi nəzərdə tutulub.

Cavab matçı avqustun 13-də saat 20-30-da başlanacaq.

Xatırladaq ki, ilk oyunda “Qarabağ” 2:1 hesabı ilə qalib gəlib.