"Qarabağ"ın rəqibi itki ilə üzləşdi

"Qarabağ"ın Avroliqanın qrup mərhələsindəki rəqibi "Sevilya" ciddi itki ilə üzləşib.

Sportline.az xəbər verir ki, komandanın kapitanı Xesus Navas, ötən gecə La Liqanın XIV turunda "Valyadolid"lə oyunda zədələnib. O, "Sevilya"nın 1:0 hesabı ilə qalib gəldiyi görüşün 89-cu dəqiqəsində sol ayaq əzələsində ağrılar hiss edərək meydanı tərk edib. 

Futbolçunun durumuna bu gün keçiriləcək tibbi müayinədən sonra aydınlıq gətiriləcək.

Qeyd edək ki, "Sevilya" - "Qarabağ" matçı noyabrın 28-də "Ramon Sançes Pisxuan" stadionunda keçiriləcək.