"Qarabağ"ın rəqibi kubok matçında qalib gəldi
UEFA Avropa Liqasında "Qarabağ"la eyni qrupda mübarizə aparan "Sportinq" Portuqaliya Liqa Kubokunda ilk oyununu keçirib. SportLine.az xəbər verir ki, rəqib "Maritimo" kollektivi olub. Görüş Lissabon təmsilçisinin qələbəsi ilə yekunlaşıb - 3:1.
Qeyd edək ki, "Qarabağ" Avroliqada ilk oyununu sentyabrın 20-i səfərdə Portuqaliya klubuna qarşı keçirəcək.