"Qarabağ"ın rəqibi məğlub oldu
UEFA Avropa Liqasında "Qarabağ"la eyni qrupda yer alan "Sportinq" Portuqaliya Super Liqasında növbəti oyununu keçirib. SportLine.az xəbər verir ki, rəqib "Portimonense" kollektivi olub.
Görüş Lissabon təmsilçisinin məğlubiyyəti ilə yekunlaşıb - 2:4.
Qeyd edək ki, 7 turdan sonra "Sportinq" 13 xalla 5-ci pillədə qərarlaşıb.