"Qarabağ"ın rəqibi məğlubiyyətlə barışıb

Avropa Liqasının qrup mərhələsində “Qarabağ”ın rəqiblərindən olan “Düdelanj” Lüksemburq çempionatında 5-ci turunda uğursuzluqla üzləşib.

Sportline.az xəbər verir ki, səfərdə “Hostert”lə qarşılaşan "Düdelanj" 0:1 hesabı ilə uduzub.
 
Komanda hazırda 4 xalla 14 kollektiv arasında 11-ci pillədə qərarlaşıb.
 
Qeyd edək ki, “Qarabağ”ın “Düdelanj”la ilk oyunu oktyabrın 3-də səfərdə, cavab görüşü isə dekabrın 12-də Bakıda olacaq.