"Qarabağ"ın rəqibi müəyyənləşdi

UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində mübarizəni dayandıran "Qarabağ"ın Avropa Liqasının pley-off-undakı rəqibi müəyyənləşib.

Sportline.az xəbər verir ki, ölkə çempionumuz Şimali İrlandiyanın "Linfild" komandası ilə qarşılaşacaq. İrlandiyalılar Avroliqanın 3-cü təsnifat mərhələsində "Sutyeska"nı (Monteneqro) mübarizədən (2:1, 3:2) kənarlaşdırıblar.

Qeyd edək ki, pley-off görüşləri avqustun 22-si və 29-da keçiriləcək. "Qarabağ" ilk oyunu səfərdə keçirəcək.