"Qarabağ"ın rəqibi qalib gəldi

UEFA Avropa Liqasında "Qarabağ"la eyni qrupda qərarlaşan "Sportinq" Portuqaliya Premyer Liqasında növbəti oyununu keçirib. SportLine.az xəbər verir ki, Lissabon təmsilçisi doğma meydanda "Feyrense"ni qəbul edib.

Görüş "Sportinq"in qələbəsi ilə yekunlaşıb. Covane Kabralın yeganə qolu meydan sahiblərinə 3 xal qazandırıb.

Qeyd edək ki, "Sportinq" 4 oyundan sonra 10 xalla 2-ci pillədə qərarlaşıb.